21/10/2026

Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində baş verib. Təhlükəsizlik məqsədilə sakinlər təxliyə ediliblər. Yanğın nəticəsində iki nəfər tüstüdən zəhərlənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib. Alovun qarşısı alınıb.

Təcili tibbi yardım briqadasının əməkdaşları tüstüdən zəhərlənən bir nəfərə yerində yardım göstərib, bir qadın isə xəstəxanaya hospitalizasiya olunub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Oxşar xəbərlər