21/10/2026

Masazırda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Masazır kəndi ərazisində qeydə alınıb. Vahim Xankişi oğlu Vahidov idarə etdiyi “Mercedes-Benz Viano” avtomobili ilə “Duzlu göl” adlanan ərazidə piyada Zaur Zakir oğlu Əzimovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Oxşar xəbərlər