02/11/2026

Cəlilabadda “Qaydalara əməl et, özünü qoru” adlı layihəsi çərçivəsində tədbir keçirildi

Azərbaycan Respublikası Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026 cı ildə keçirdiyi Qrant müsabiqəsində Azyaşlıların Hüquqi Maariflənməsinə Kömək İctimai Birliyi qalib olduğu layihəni həyata keçirmək üçün, oktyabrın 16 da Cəlilabad rayonu Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbində tədbir keçirdi.
“Qaydalara əməl et, özünü qoru” adlı layihənin məqsədi məktəblilər arasında yol hərəkət nişanlarının öyrədilməsi, avtomobil yolunu keçərkən özlərinin təhlükəsizliyini necə qorumaları haqqında maarifləndirici söhbətlərin aparılması idi.
Tədbiri məktəbin direktoru Səidə xanım açaraq, məktəblilərə tədbir haqqında məlumat verdi.
İctimai Birliyin sədri Nazlı Zeynalova qalib olan layihənin məqsədi və əhəmiyyəti barədə söhbət açdı. Onu da əlavə etdi ki, yol hərəkət nişanlarını hər bir məktəbli əzbər bilməlidi, ona görə ki, uşaqlar hər gün məktəbə gedərkən avtomobil yolundan istifadə edirlər.
Tədbirdə hüquqşünas ekspert Fariz Əkbərov məktəblilərə yol keçərkən özlərini sürətlə gələn avtomobillərdən necə qorumaları haqqında geniş söhbət apardı. Məktəblilərin suallarına ətraflı cavab verən hüquqşünas əyani vəsait kimi ekranda göstərilən yol hərəkət nişanlarını uşaqlara izah etdi.
Yol hərəkət nuşanları haqqında nə bilirsən suallarına məktəblilər bildiklərini həvəslə cavab verdilər.
50 nəfər məktəblinin iştirak etdiyi tədbir çox maraqlı keçdi.
Məlum hadisələrə görə, Yol Polis əməkdaşlarının tədbirdə iştirak etmədiyinə görə, məktəblilərlə məktəbin həyətində xatirə şəkli çəkdirə bilmədiklərinə görə çox təəssüflənən İctimai Birliyin sədri Nazlı xanım belə bir vaxtda tədbirin keçirilməyi üçün şərait yaratdıqlarına görə Cəlilabad Rayon Təhsil Sektoruna, məktəbin direktoru Səidə xanıma təşəkkürün və minnətdarlığın bildirdi.

Oxşar xəbərlər