04/11/2026

Bakıda birinci kurs tələbəsi öldü

Bakı Mühəndislik Universitetinin birinci kurs tələbəsi vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə universitetin sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, vəfat edən tələbə “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə təhsil alan Ümid Bayramlıdır.

Ümid Bayramlı meningit xəstəliyindən əziyyət çəkib. Ölüm səbəbinin bu xəstəlikdən olduğu ehtimal olunur.

Onun İmişli rayonundan olduğu və ötən gün həyatını itirdiyi bildirilib.

Oxşar xəbərlər