05/11/2026

İctimai Birlik Ağsuda tədbir keçirdi

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azyaşlıların Hüquqi Maariflənməsinə Kömək İctimai Birliyi okytabrın 23 də Ağsu şəhərindəki 3 saylı tam orta məktəbdə tədbir keçirdi.

Tədbirdə İctimai Birliyin sədri Nazlı Zeynalova, məktəbin direktoru Cəmil müəllim, Ağsu rayon Yol Polisi əməkdaşı Anar Rəhimov, hüquqşünas ekspert Fariz Əkbərov, İctimai Birliyin üzvü Sevil xanım istirak edirdi.

Tədbiri məktəbin direktoru Cəmil müəllim açdı. İştirak edənləri və məktəbliləri salamlayan direktor, tədbirin məqsədi barədə məktəblilərə məlumat verdi.
Dövlət himni səsləndi. Torpaqlarımız uğrunda həlak olan Şəhidlərimiz bir dəqiqə sükutla yad edildi.
Sonra İctimai Birliyin sədri Nazlı Zeynalova layihənin məqsədini, bu layihənin onların təhlükəsizliyi üçün nə qədər əhəmiyyətli olduğunu uşaqların nəzərinə çatdırdı. Uşaqların avtomobil yollarından keçərkən yol hərəkət nişanlarını bilməyin vacibliyini qeyd etdi.
Yol Polisi əməkdaşı Anar Rəhimov uşaqlara yol keçərkən diqqətli olmağı, yol hərəkət nişanlarını öyrənmələrini tövsiyə etdi. Uşaqların maraqla verdiyi suallara ətraflı cavab verən Anar müəllim onların bilməyi üçün ən vacib olan yol hərəkət nişanlarının mənasın uşaqlara başa saldı.
Hüquqşünas ekspert Fariz Əkbərov uşaqlara yol hərəkət nişanlarını ekranda göstərərək, nişanlaln mənasın, bu nişanları gördükdə onlara uyğun hərəkət etmələrini, işıqforun işığında, piyada yolundan necə və nə vaxt keçmələrini başa saldı. Tədbirin maraqlı keçməsi, 50 dən çox məktəblinin həvəslə verdiyi suallardan aydın görünürdü. Uşaqlar özləri də hüquqşünasın verdiyi suallara maraqla cavab verirdilər.
Tədbirin sonunda Birliyin sədri N. Zeynalova tədbirdə iştirakına görə Anar Rəhimova, tədbirin keçirilməsi üçün onlara yaradılan şəraitə görə Ağsu Rayon Təhsil Sektoruna, məktəbin direktoru Cəmil müəllimə öz minnətdarlığın bildirdi.
Fəal işrirak etdiklərinə görə məktəblilərə də təşəkkürün bildirdi.

Oxşar xəbərlər