08/11/2026

“Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun rəsmi açılış mərasimində Portec İctimai Birliyinin əməkdaşı iştirak edib

Tarixi Zəfər Günü ərəfəsində – 2026-cı il noyabrın 6-da Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun rəsmi açılış mərasimi keçirilib.

Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi İctimai Birliyinin əməkdaşı forumda iştirak edərək ölkənin müxtəlif bölgələrindən gəlmiş vətəndaş cəmiyyəti nümayəndələri ilə bir araya gəlib.

400-dən çox vətəndaş cəmiyyəti nümayəndəsinin iştirak etdiyi forumda QHT sektorunun inkişafı, təşkilatlararası əməkdaşlığın gücləndirilməsi, sosial medianın və rəqəmsal kommunikasiyanın imkanları, dezinformasiya ilə mübarizə, ictimai diplomatiya və QHT-lərin fəaliyyətində keyfiyyət göstəricilərinin artırılması kimi aktual məsələlər müzakirə olunub.

Tədbirin açılış mərasimində şəhidlərin əziz xatirəsi yad edilib, şəhid övladlarının ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Forum çərçivəsində səsləndirilən fikirlər və aparılan müzakirələr vətəndaş cəmiyyəti institutlarının inkişafı, QHT-lər arasında təcrübə mübadiləsinin genişləndirilməsi və birgə təşəbbüslərin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Portec İctimai Birliyi sosial inkişaf, inklüzivlik, əlilliyi olan uşaqlara erkən yardım və ailələrin dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirərək vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinə önəm verir.

Oxşar xəbərlər