10/11/2026

15 Sentyabr – Bilik Günü münasibətilə Lənkəran şəhərində aztəminatlı ailələrin övladları üçün sosial layihə həyata keçirilib

Avrora Groupun sponsorluğu, “Loqos” Psixoloji və Nitq Mərkəzinin tərəfdaşlığı və “Sosial Məsələlərin Həllinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən layihəyə Lənkəran şəhəri ilə yanaşı, ətraf şəhər və kəndlərdən olan aztəminatlı ailələrin övladları da cəlb olunub.

Layihə çərçivəsində 30-a yaxın uşağa yeni tədris ili üçün zəruri məktəb ləvazimatları hədiyyə edilib. Təşəbbüsün əsas məqsədi uşaqların yeni tədris ilinə daha yüksək motivasiya ilə başlamasına dəstək olmaq, onların təhsil imkanlarına töhfə vermək və sosial dəstəyə ehtiyacı olan ailələrin övladlarına diqqəti artırmaq olub.

Tədbir zamanı Lənkaran şəhərinin Millət Vəkili cənab Fariz İsmailzadə iştirak edərək şagirdlərin hədiyyələrini təqdim edərək onlara uğurlar arzu edib!

Uşaqlar üçün isə eyni zamanda psixoloji dəstək istiqamətində də xüsusi proqram həyata keçirilib. “Loqos” Lənkaran filalının baş psixoloqu Günel Əliyeva uşaqlara fərdi psixoloji konsultasiyalar keçirilib, həmçinin valideyn və uşaqlarla yeni tədris ili, məktəbə adaptasiya, təhsil motivasiyası və emosional hazırlıqla bağlı psixoloji söhbətlər aparılıb.

Layihənin əsas istiqamətlərindən biri Avrora Group və Loqos Psixoloji və Nitq Mərkəzinin korporativ sosial məsuliyyətə (KSM) verdiyi önəmi nümayiş etdirmək və şirkətin sosial təşəbbüslərinin əhatə dairəsini genişləndirməkdir. Şirkətlər sosial məsuliyyət prinsiplərini yalnız biznes fəaliyyətinin ayrılmaz hissəsi kimi deyil, cəmiyyətin müxtəlif təbəqələrinə dəstək göstərmək və sosial rifahın yaxşılaşdırılmasına töhfə vermək istiqamətində mühüm dəyər kimi qiymətləndirir.

Oxşar xəbərlər