Kaspersky müxtəlif yaşlarda olan insanların rəqəmsal dünyanın ətraf mühitə təsirini necə qiymətləndirdiyini müəyyən edib.
Zumerlər üçün rəqəmsal texnologiyalar gündəlik həyatın ayrılmaz hissəsidir. Kaspersky-nin keçirdiyi sorğuya* əsasən, bu nəslin nümayəndələrinin yarıdan çoxu (59%) onlayn mühitdə özlərini arxayın hiss edirlər.
Eyni zamanda, məhz bu gənc nəsil rəqəmsal dünyanın ekoloji tərəfləri barədə ən çox düşünən qrupdur: cihazların istehsalı üçün tələb olunan resurslardan tutmuş, artan məlumat həcmlərinin saxlanması və emalı üçün infrastruktura qədər.
Daha cavan – “daha yaşıl”. Gənclər rəqəmsallaşmanın təbiətə təsirini digər yaş qrupları ilə müqayisədə daha çox diqqət yetirirlər. Z nəslinin 20%-i rəqəmsal infrastrukturun ətraf mühitə təsiri barədə narahatdır və bunu gələcək nəsillər üçün bir risk hesab edir.
Ekoloji cəhətdən təmiz texnologiyalara tələbat. Gənclər təkcə mövcud problemi nəzərə çatdırmır, həm də onun həlli yolları ilə maraqlanırlar. Məsələn, zumerlərin 11%-i “yaşıl” məlumat mərkəzləri (enerji baxımından səmərəli məlumat emalı mərkəzləri) anlayışından xəbərdardır.
“Tədqiqat nəticələri göstərir ki, rəqəmsal texnologiyaların əhatəsində böyümüş nəsil digərlərinə nisbətən onların ətraf mühitə təsiri barədə daha çox düşünür. Bu o demək deyil ki, Z nəsli təkbaşına bütün sənayeni daha ekoloji yanaşmalara doğru aparacaq. Buna yalnız birgə səylərlə nail ola bilərik. Lakin onların düşüncə tərzi ilhamlandırır və zamanla bazar üçün daha mühüm amilə çevriləcək. Texnologiya sənayesi üçün bu, mühüm xatırlatmadır: innovasiyalar yalnız məhsuldarlıq və təhlükəsizlik baxımından deyil, həm də resurslardan səmərəli istifadə və cihazların fəaliyyət dövrünün idarə edilməsi prizmasından qiymətləndirilməlidir.
Kaspersky dayanıqlı inkişafa diqqət ayırır: şirkət qablaşdırma materiallarından istifadəni və karbon izini azaldır, tullantıların yaranmasını azaltmağa çalışır və digər ekoloji təcrübələri dəstəkləyir. Məsələn, şirkətin rəqəmsal formatda satılan həllərinin payı 48%-ə yüksəlib, paralel olaraq, qutuda qablaşdırılmış versiyaların istehsalı və bunun üçün tələb olunan materialların istifadəsi mərhələli şəkildə azaldılır. Bundan əlavə, şirkət istismar müddəti başa çatmış avadanlıqların ətraf mühitə zərər verməyəcək şəkildə təkrar emala göndərilməsini təmin edir; son iki il ərzində 420 kq avadanlıq təkrar emal olunub. Ətraflı məlumatı ən son ESG hesabatından əldə edə bilərsiniz.
Hər bir istifadəçi öz rəqəmsal izini azalda bilər. Kaspersky mütəxəssisləri bunun üçün tövsiyə edirlər:
⦁ Texnikadan istifadə zamanı ekoloji məsuliyyəti unutmayın. Smartfon və noutbuklarınızı tez-tez dəyişməməyə çalışın. Köhnə cihazları adi məişət tullantıları ilə birlikdə atmayın – onları elektron tullantıların təkrar emalı üçün qəbulu məntəqəsinə təhvil verin. Utilizasiyadan əvvəl cihazdakı bütün şəxsi məlumatlarınızı silin və hesablarınızdan çıxın.
⦁ Cihazlarınızı kibertəhdidlərdən qoruyun. Zərərli proqramlar, o cümlədən gizli kriptovalyuta maynerləri, cihazınızı hiss olunmadan həddən artıq yükləyir, enerji israfına yol açır və avadanlığın daha tez köhnəlməsinə gətirib çıxarır. Etibarlı təhlükəsizlik həlli, məsələn, effektivliyi müstəqil sınaqlarla təsdiqlənmiş “Kaspersky Premium” bu problemlərin həllinə kömək edə bilər.
⦁ Lazımsız faylları silin. Artıq nüsxələr, köhnə yükləmələr və uzun müddətdir istifadə olunmayan hesablar yaddaşda yer tutur və cihazınızın işini ləngidir. Mütəmadi qaydada rəqəmsal səliqə-səhman yaradın və artıq oxumadığınız e-poçt göndərişlərinə abunəliklərinizi ləğv edin.
⦁ Şüurlu seçimlər edin. Xidmət və ya cihaz seçərkən onların yaradıcılarının ekoloji məsələlərə necə yanaşdıqlarına və təbiətə təsirlərini azaltmaq üçün nə etdiklərinə diqqət yetirin.
*Sorğu 2026-cı ilin mart ayında Kaspersky-nin marketinq tədqiqatı mərkəzi tərəfindən keçirilib. Sorğuda 18 ölkədən 7200 nəfər iştirak edib: Z nəsli (18–28 yaş), milleniallar (29–44 yaş), X nəsli (45–60 yaş) və bumerlər (61 yaş və yuxarı).

