Noyabrın 17-də Bakıda müasir tibbi xidmətləri, diaqnostika və kompleks reabilitasiya imkanlarını özündə birləşdirən ELS CLINIC-in rəsmi açılışı baş tutub.
İctimai.az Gunxeber.Az-istinadən xəbər verir ki, yeni fəaliyyətə başlayan çoxprofilli tibb müəssisəsinin əsas məqsədi əhaliyə keyfiyyətli, əlçatan və müasir tibbi standartlara uyğun səhiyyə xidmətləri təqdim etmək, xəstəliklərin erkən diaqnostikasını, müalicəsini və reabilitasiyasını vahid məkanda təmin etməkdir.
ELS CLINIC müxtəlif tibbi ixtisasları bir araya gətirərək pasiyentlərin sağlamlıq problemlərinə kompleks və multidissiplinar yanaşmanı əsas fəaliyyət prinsipi kimi müəyyənləşdirib.
Genişprofilli tibbi xidmətlər bir ünvanda
Klinikada nevrologiya, endokrinologiya, ginekologiya, pediatriya, fizioterapiya və reabilitasiya istiqamətləri üzrə tibbi xidmətlər təqdim olunur.
Müasir diaqnostik imkanlar çərçivəsində laborator analizlər, ultrasəs müayinələri (USM), elektroensefaloqrafiya (EEQ) və elektromioqrafiya (EMQ) müayinələri həyata keçirilir.
ELS CLINIC-in əsas fəaliyyət istiqamətlərindən biri fizioterapiya və kompleks reabilitasiya xidmətləridir. Klinikada dayaq-hərəkət sistemi xəstəlikləri, nevroloji pozuntular, müxtəlif travmalar və cərrahi əməliyyatlardan sonrakı bərpa dövrü üçün fərdi reabilitasiya proqramları tətbiq edilir.
Reabilitasiya prosesində fizioterapiya avadanlıqlarından, müalicəvi idman proqramlarından, hidroterapiya və hidroreabilitasiya imkanlarından istifadə olunur.
Klinikanın hidroreabilitasiya hovuzu su mühitində həyata keçirilən xüsusi hərəkət proqramları vasitəsilə pasiyentlərin fiziki funksiyalarının bərpasına və hərəkət imkanlarının yaxşılaşdırılmasına xidmət edir.
Bununla yanaşı, klinikada sauna və digər bərpa xidmətləri də mövcuddur.
Uşaqların sağlamlığı və inkişafına xüsusi diqqət
ELS CLINIC-də uşaqların sağlamlığının qorunması, inkişaf xüsusiyyətlərinin qiymətləndirilməsi və reabilitasiyası istiqamətində də xidmətlər təqdim edilir.
Uşaqlar üçün psixonevroloji reabilitasiya, loqopedik xidmətlər, psixoloji dəstək və fərdi inkişaf proqramları həyata keçirilir.
Bu xidmətlərin əsas məqsədi uşaqların fiziki, psixoloji və funksional inkişafının dəstəklənməsi, onların gündəlik həyat bacarıqlarının və sosial adaptasiya imkanlarının yaxşılaşdırılmasıdır.
Arıqlama və bədən formalaşdırma proqramları
Klinikanın fəaliyyət istiqamətlərindən biri də Arıqlama Mərkəzidir.
Mərkəzdə artıq çəki problemi yaşayan şəxslər üçün fərdi yanaşma əsasında çəkinin idarə olunması, bədən formalaşdırılması və sağlam həyat tərzinin dəstəklənməsi istiqamətində proqramlar təqdim edilir.
ELS CLINIC-də fizioterapiya, reabilitasiya və Arıqlama Mərkəzinə müraciət edən pasiyentlər üçün klinik psixoloq tərəfindən ilkin psixoloji qiymətləndirmə ödənişsiz həyata keçirilir.
Bu yanaşma pasiyentlərin yalnız fiziki deyil, psixoloji vəziyyətlərinin də nəzərə alınmasına və müalicə-reabilitasiya prosesinə kompleks yanaşılmasına xidmət edir.
Elbrus Nağıyev: “Məqsədimiz müasir tibbi xidmətləri və kompleks reabilitasiya imkanlarını bir məkanda birləşdirməkdir”
ELS CLINIC-in təsisçisi və direktoru Elbrus Nağıyev klinikanın açılışı ilə bağlı bildirib:
“ELS CLINIC-i yaradarkən əsas məqsədimiz müasir tibbi xidmətləri, peşəkar mütəxəssisləri və kompleks reabilitasiya imkanlarını bir məkanda birləşdirmək olub. İnanırıq ki, klinikamız səhiyyə xidmətlərinin inkişafına, xüsusilə reabilitasiya sahəsində yeni imkanların formalaşmasına və əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə öz töhfəsini verəcək”.
Dr. Kəmalə Əliyeva: “Prioritetimiz hər bir pasiyentə fərdi və kompleks tibbi yanaşma təqdim etməkdir”
ELS CLINIC-in icraçı direktoru, pediatr-nefroloq Dr. Kəmalə Əliyeva klinikanın fəaliyyət istiqamətləri və qarşıya qoyulan məqsədlərlə bağlı qeyd edib:
“Əsas məqsədimiz pasiyentlərə müasir tibbi standartlara uyğun, keyfiyyətli və kompleks səhiyyə xidmətləri təqdim etməkdir. ELS CLINIC-də diaqnostika, müalicə və reabilitasiya xidmətlərini vahid məkanda birləşdirərək hər bir pasiyentə fərdi və multidissiplinar yanaşmanı əsas götürürük. Prioritetimiz insanların sağlamlığının qorunması, həyat keyfiyyətinin yüksəldilməsi və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsidir”.
Klinikanın mətbuat və ictimaiyyətlə əlaqələr fəaliyyəti PULSE MEDIA tərəfindən həyata keçirilir
ELS CLINIC-in mətbuat və informasiya təminatı, ictimaiyyətlə əlaqələr, media kommunikasiyası və marketinq fəaliyyətinin idarə olunması Vasif Akiflinin təsisçisi və rəhbəri olduğu PULSE MEDIA şirkəti tərəfindən həyata keçirilir.
Əməkdaşlıq çərçivəsində klinikanın ictimaiyyətlə əlaqələr strategiyasının hazırlanması, media qurumları ilə əməkdaşlığın koordinasiyası, tibbi maarifləndirmə fəaliyyətinin informasiya dəstəyi, rəqəmsal kommunikasiya və sosial media idarəçiliyi PULSE MEDIA-nın fəaliyyət istiqamətlərinə daxildir.
Şirkət klinikanın tibbi xidmətlərinin ictimaiyyətə peşəkar şəkildə təqdim olunmasını, həkim və mütəxəssislərin fəaliyyətinin işıqlandırılmasını, maarifləndirici materialların hazırlanmasını, televiziya, radio və xəbər portalları ilə əlaqələrin inkişaf etdirilməsini təmin edir.
Vasif Akifli: “Səhiyyə kommunikasiyası yalnız tanıtım deyil, həm də ictimai məsuliyyətdir”
PULSE MEDIA-nın təsisçisi və rəhbəri Vasif Akifli ELS CLINIC ilə əməkdaşlıq barədə bildirib:
“Səhiyyə sahəsində peşəkar kommunikasiya yalnız tibbi xidmətlərin tanıdılması deyil, həm də cəmiyyətin düzgün və etibarlı tibbi informasiya ilə təmin olunması deməkdir. PULSE MEDIA olaraq ELS CLINIC-in ictimaiyyətlə əlaqələr və media strategiyasını bu prinsiplər əsasında qururuq. Məqsədimiz klinikanın fəaliyyətini geniş ictimaiyyətə çatdırmaqla yanaşı, tibbi maarifləndirməyə və səhiyyə kommunikasiyasının inkişafına töhfə verməkdir”.
Müasir səhiyyə xidmətlərinə kompleks yanaşma
ELS CLINIC-in fəaliyyət konsepsiyasının əsasını pasiyentyönümlü xidmət, peşəkar tibbi yanaşma, müasir texnologiyalardan istifadə və müxtəlif ixtisaslar arasında koordinasiyalı əməkdaşlıq təşkil edir.
Klinikada diaqnostika, müalicə və reabilitasiya xidmətlərinin bir məkanda birləşdirilməsi pasiyentlərin tibbi xidmətlərdən daha sistemli və əlaqələndirilmiş şəkildə yararlanmasına imkan yaradır.
ELS CLINIC gələcək fəaliyyətində tibbi xidmətlərin çeşidinin genişləndirilməsini, müasir müalicə və reabilitasiya metodlarının tətbiqini, eləcə də pasiyent məmnuniyyətinin təmin olunmasını əsas prioritetlərindən biri kimi müəyyənləşdirib.
Yeni fəaliyyətə başlayan tibb müəssisəsi əhalinin sağlamlığının qorunmasına, tibbi xidmətlərin əlçatanlığının artırılmasına və ölkədə reabilitasiya imkanlarının inkişafına töhfə verməyi hədəfləyir.
ELS CLINIC – Etibar edəcəyiniz peşəkarlıq!








