18/11/2026

“Şəhid ailələrinin sosial,psixoloji dayanıqlığının gücləndirilməsi” layihəsi keçiriləcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi tərəfindən “Şəhid ailələrinin sosial, psixoloji dayanıqlığının gücləndirilməsi” layihəsi həyata keçiriləcək.

Layihənin əsas məqsədi şəhid ailələrinin sosial və psixoloji dayanıqlığının gücləndirilməsi, onların psixoloji rifahının dəstəklənməsi, qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına kömək göstərilməsi, eləcə də hüquqi məsələlər üzrə maarifləndirilməsi və müvafiq dəstək xidmətlərinin təqdim edilməsidir.

Layihə çərçivəsində Bakı, Sumqayıt və Astara şəhərlərində şəhid ailələrinin üzvləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Görüşlər zamanı iştirakçılar peşəkar psixoloq və hüquqşünas tərəfindən fərdi konsultasiyalarla təmin olunacaq, onları maraqlandıran məsələlər dinləniləcək, ehtiyaclarına uyğun psixoloji və hüquqi dəstək göstəriləcək.

Layihə çərçivəsində ümumilikdə şəhid ailələrinə 45 psixoloji və 20 hüquqi dəstək xidmətinin göstərilməsi planlaşdırılır.

Təşəbbüs şəhid ailələrinin ehtiyaclarının diqqətdə saxlanılması, onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi, sosial həssaslığın artırılması və müvafiq sahələrdə peşəkar dəstəyə çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.

Oxşar xəbərlər