ABŞ-a ixrac edilən Çin təyyarələrinin qiyməti bir neçə dəfə artıbbackend

Vaşinqton idxal rüsumlarını artırdıqdan sonra Çin təyyarələrinin ABŞ üçün qiyməti 4,5 dəfə artıb.

Bu barədə RİA Novosti Çin statistika xidmətinin məlumatlarına istinadən xəbər verir.

Onların sözlərinə görə, ABŞ-a ixrac edilən 4 Çin təyyarəsinin dəyəri 477,2 milyon dollara çatıb ki, bu da hər təyyarə üçün 119,3 milyon dollardır.

2024-cü ildə Çin ABŞ-a 234,1 milyon dollara 9 təyyarə satıb. Onlardan ən bahalısı 47,3 milyon dollar, bir təyyarənin orta qiyməti isə təxminən 26 milyon dollar təşkil edib.