Rusiya Əfqanıstana böyük miqdarda humanitar yardım bağışlayıbbackend

Rusiya BMT-nin Ümumdünya Ərzaq Proqramının Əfqanıstanın şimalındakı Bəlx əyalətindəki ofisinə humanitar yardım olaraq 1280 ton un bağışlayıb.

Bu barədə Ariana News telekanalı məlumat yayıb.

Tədarük olunan un imkansız ailələrə paylanacaq. Bəlxdə keçirilən humanitar yardımın təhvil verilməsi mərasimində Rusiyanın baş konsulu İqor Nikolayev Moskvanın BMT-nin Ümumdünya Ərzaq Proqramı ilə davamlı əməkdaşlıq vasitəsilə Əfqanıstan xalqını dəstəkləməyə sadiqliyini təsdiqləyib.