Almaniya Aİ-ABŞ tarif mübahisəsini tez bir zamanda həll etməyə çağırırbackend

Almaniyanın maliyyə naziri Lars Klinqbeyl Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında tarif münaqişəsinin tezliklə həllinə çağırıb.

Bu barədə o, ARD telekanalında bildirib.

“Biz indi tez həll yolu tapmalıyıq. Əks halda, biz bazarlarda kütləvi iğtişaşların şahidi olacağıq. Hazırda danışıqların həlledici mərhələsindəyik”, – o deyib.