ABŞ bəyan edib ki, Rusiya Vatikanı Ukrayna ilə bağlı danışıqlara cəlb etmək istəmirbackend

Rusiya Vatikanın Ukrayna üzrə danışıqlar prosesinə cəlb edilməsində maraqlı deyil, Moskva nümayəndə heyətlərinin ötən həftə İstanbulda başlayan görüşlərini davam etdirməyə üstünlük verir.

Bu barədə Bloomberg mənbələrə istinadən yazır.

“ABŞ və Avropa liderləri Prezident Donald Trampın Papa XIV Leo-nun bu ideyaya maraq göstərdiyini söyləməsindən sonra Rusiya və Ukraynanı sülh danışıqlarına cəlb etmək üçün Vatikana baxır. “Kreml o qədər də maraqlı deyil”, – nəşr yazır.

Qeyd olunur ki, Rusiya rəsmiləri prezident Vladimir Putinin Vatikana və ya “hal-hazırda danışıqlar üçün başqa yerə getməyi planlaşdırmırlar”. Bunun əvəzində Moskvanın mayın 16-da İstanbulda baş tutan texniki danışıqları davam etdirməyə fokuslandığı bildirilir.