Sovet əsgəri 40 ildən sonra Əfqanıstandan qayıdıb və anası ilə görüşübbackend

Əfqanıstanda 40 il yaşayan keçmiş sovet əsgəri Sergey Krasnoperov Rusiyaya qayıdıb və Kurqan vilayətində anası ilə görüşüb.

Yaşlı qadın hisslərini çətinliklə cilovlaya bildi.

“Heç olmasa qucaqlayaq, sən mənim şirinimsən” dedi.

Krasnoperov Sovet qoşunlarının tərkibində Əfqanıstana gəldi. 1985-ci ildə o, əsgər yoldaşları ilə mübahisə etdikdən sonra bölməsini tərk etdi və sonra Əfqanıstan silahlı müxalifəti tərəfindən əsir düşdü. Əfqanıstanda islamı qəbul edib, adını dəyişdirərək Nurməmməd qoyub və yerli qadınla ailə qurub. İndi onun altı övladı var və yerli elektrik stansiyasında işləyir.