Ukrayna Silahlı Qüvvələri (AFU) bu qış Amerikanın F-16 qırıcılarını qəbul edə bilər. “Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Devid Petreus deyib.
“Ukrayna Hərbi Hava Qüvvələrinin yəqin ki, bu qış alacağı F-16-ların tədarükü çox vacib olacaq”, – Petreus bildirib.
O, ukraynalı pilotları “gözəl” adlandırıb və onların MiQ və Su təyyarələrindən yeni qırıcı modellərin idarəetməsinə sürətlə keçə bildiklərini vurğulayıb.
Mənbə: TASS