Teleaparıcı Otar Kuşanaşvili ağır iş yükündən sonra infarkt keçirərək xəstəxanaya yerləşdirilib. Bu barədə onun prodüseri Viktor Ladnenko Kuşanaşvilinin Teleqram kanalında məlumat verib.
“Son vaxtlar çox iş var. Hətta bu zahirən dəmir adamın ürəyi də buna dözə bilmədi”, – Ladnenko əlavə edib
Prodüser bildirib ki, axşam saatlarında o, teleaparıcı ilə restoranların birində “Spartak” – “Rostov” futbol matçına baxıb və oyundan sonra gedib. O, baş verənləri xəbərdən sonra öyrənib.
Mənbə: Lenta.ru














