ABŞ bütün ərazilərinin Ukraynaya qaytarılmasını istəyirbackend

“The Times” yazır ki, Birləşmiş Ştatlar Ukrayna münaqişəsi ilə bağlı strategiyasını daha sərt strategiyaya dəyişmiş ola bilər. Qəzetin mənbəsinin sözlərinə görə, Vaşinqton Ukraynanın qalib gəlməsini və Krım da daxil olmaqla bütün ərazilərini Kiyevə qaytarmasını istəyir.

“Məqsəd Ukraynanın suverenliyini və müstəqilliyini təmin etməkdir və bu, ərazinin geri qaytarılması deməkdir”, – ABŞ administrasiyasının rəsmisi deyib.

Qəzet qeyd edir ki, Birləşmiş Ştatlarda əvvəllər məqsədlərini “Rusiyanın məğlubiyyəti” deyil, yalnız Kiyevin Rusiyadan müdafiəsi adlandırırdılar. İndi ABŞ “Ukraynaya müstəqil demokratik ölkə kimi sağ qalmasına kömək etmək istəyir”.

İctimai.az