Samsung Galaxy S23 smartfonlarının sahibləri kameranın çökməsindən şikayətlənirlərbackend

Samsung Galaxy S23 smartfon istifadəçiləri zum istifadə edərkən daimi kamera qəzalarından şikayətlənirlər.

Bu barədə My Drivers portalı məlumat yayıb.

Söhbət 30x zoomdan gedir. İstifadəçi bu rejimdən istifadə etmək üçün müvafiq düyməni basdıqda, Camera proqramı işləməyi dayandırır və istifadəçini iş masasına atır. Samsung-un problemlə bağlı xəbərdar edildiyi məlumdur.

İlkin məlumatlara görə, buna kamera rejimləri arasında sürətli keçid zamanı desinxronizasiya səbəb olur.

Bildirilir ki, bu xətanı aradan qaldırmaq üçün artıq daxili patch buraxılıb, lakin o, hələ sınaq mərhələsindədir.

Mənbə: Haberler.com

İctimai.az