Almaniya Xarici İşlər Nazirliyi 30 rus diplomatının ölkədən çıxarılması planları ilə bağlı xəbərləri təkzib edibbackend

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Andrea Sasse 30 rus diplomatının ölkədən çıxarılması ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləməyib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə brifinq zamanı bildirib.

“Hazırda biz rus diplomatlarının qovulmasını nəzərdən keçirmirik” dedi və bu media xəbərlərini təsdiqləmədiyini qeyd etdi.

İctimai.az