Missuri Ali Məhkəməsi qətl ittihamı ilə 34 il həbs cəzası çəkən Kristofer Dannın işinə baxıb və onu təqsirsiz bilib.
Bu barədə Midwest Innocence Project hüquq müdafiə təşkilatı məlumat yayıb.
“Biz çox şadıq ki, Chris törətmədiyi cinayətə görə 34 il dəmir barmaqlıqlar arxasında qaldıqdan sonra nəhayət ailəsinə qovuşacaq”.
Dann 1990-cı ildə, 18 yaşında olarkən yeniyetməni öldürməkdə təqsirli bilinib. İşdə heç bir tutarlı maddi sübut olmamasına baxmayaraq, məhkəmə gənci təqsirli bilib və şərti olaraq azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzasına məhkum edib. Məhkum azyaşlı şahidlərin ifadələrinə əsaslanıb və sonradan etiraf ediblər ki, prokurorlar və polis məmurları onları Dannın əleyhinə ifadə verməyə məcbur ediblər.
Mənbə: Gazeta.ru