ABŞ-ın Nyu-Cersi ştatında bir italyan restoranı qonaqlar və işçilər üçün narahatlıq yaratdığı üçün yeməkxanalara 10 yaşından kiçik uşaqları gətirməyi qadağan edib.
Bu barədə “USA Today” məlumat yayıb.
Nettie’s House of Spaghetti restoranı Facebook səhifəsində martın 8-dən 10 yaqşından kiçik uşaqların müəssisəyə buraxılmadığını elan edib.
“Biz uşaqları sevirik. Biz həqiqətən, həqiqətən sevirik. Ancaq son vaxtlar Nettie’s-də uşaq qəbul etmək inanılmaz dərəcədə çətinləşib. Artan səs-küy səviyyəsini, hündür stullar üçün yer çatışmazlığını, ürpertici qarışıqlıqları təmizləmək ehtiyacını və uşaqların restoranın ətrafında qaçma meylini nəzərə alaraq, vəziyyətə nəzarət etməyin vaxtı gəldiyinə qərar verdik “deyib.
Mənbə: Reuters
İctimai.az

