Ford Avropada 3800 işçisini işdən çıxaracaqbackend

Amerikanın avtomobil istehsalçısı Ford elektromobillərin istehsalına mərhələli keçidlə əlaqədar qarşıdakı üç il ərzində Avropada 3800 işçini ixtisar edəcək.

Bu barədə şirkətin bəyanatına istinadən CNBC məlumat yayıb.

Şirkət “daha ​​yığcam struktur” yaratmaq üçün heyəti optimallaşdırmaq niyyətindədir. Almaniyada 2300, Böyük Britaniyada 1300 və digər Avropa ölkələrində 200 işçinin ixtisar edilməsi planlaşdırılır.

Bununla belə, şirkət regionda 3400-ə yaxın mühəndis vəzifəsini tərk edərək, diqqətini yeni modellərin hazırlanmasına yönəldəcək.

Mənbə: BBC.com

İctimai.az