ABŞ-da bir şəxs ilk dəfə Alyaskapox virusunun qurbanı olubbackend

ABŞ-ın Alyaska ştatında həkimlər ilk dəfə olaraq Alyaskapox virusuna (AKPV) yoluxmuş xəstəni xilas edə bilməyiblər. Bu barədə Alyaskanın ictimai media portalı məlumat yayıb.

Versiyalardan birinə görə, qocaya yoluxma mənbəyi birlikdə yaşadığı ev pişiyi ola bilərdi.

Səlahiyyətlilər xəstənin uzun müddətdir xəstə olduğunu və ilkin olaraq ona çiçək xəstəliyi diaqnozu qoyan tibb işçilərinin nəzarəti altında olduğunu bildiriblər. Xəstəliyin simptomları bu diaqnoza uyğun idi: hərarət, zəifləmiş immunitet, genişlənmiş limfa düyünləri və xarakterik qırmızı ləkələr.

Mənbə: A Haber