Bayden Netanyahudan fələstinlilər üçün təhlükəsizlik zəmanəti istəyibbackend

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahu ilə söhbətində bəyan edib ki, İsrail yerli sakinlərin təhlükəsizliyini təmin edənə qədər Rafahda əməliyyat keçirməməlidir. Bu barədə “The Washington Post” məlumat yayıb.

“O, Rəfahdakı hərbi əməliyyatın orada sığınan bir milyondan çox insanın təhlükəsizliyini və dəstəyini təmin etmək üçün etibarlı və həyata keçirilə bilən plan olmadan davam etməməli olduğu fikrini bir daha təkrarladı”, – məqalədə deyilir.

Nəşrin məlumatına görə, Bayden və Netanyahu HƏMAS-ın əsirliyində saxlanılan girovların azad edilməsi üçün səyləri müzakirə edə biliblər.

Mənbə: The Washington Post