ABŞ-da “Boeing” təyyarələri ilə bağlı problemlərə dair daha bir sızma mənbəyi ölübbackend

ABŞ-da Boeing təyyarələrinin istehsalında pozuntularla bağlı daha bir sızma mənbəyi qəflətən xəstələndi və öldü. Bu barədə Amerikanın Seattle Times qəzeti məlumat yayıb.

Boeing tədarükçüsü Spirit AeroSystems şirkətinin keçmiş keyfiyyət auditoru Coşua Din 737 Max təyyarəsindəki istehsal çatışmazlıqlarına məhəl qoyulmaması ilə bağlı məlumat sızmasının ilk mənbələrindən biri idi. Kanzasda yaşayan 45 yaşlı Dinin səhhəti yaxşı idi. Amma qəfildən ağır xəstələndi, iki həftə ağır vəziyyətdə qaldı, sonra öldü.

Bundan əvvəl “Boeing”ə qarşı ifadə verən mühəndis Con Barnettin ABŞ-da ölü tapıldığı bildirilirdi. Polisin məlumatına görə, həmin şəxs intihar edib. Barnett 32 il Boeing-də çalışıb. O, 2010-2017-ci illərdə Şimali Çarlston müəssisəsində keyfiyyətə nəzarət mühəndisi olub.

Mənbə: TASS