ABŞ-da çin əsilli alim casusluqda təqsirli bilinibbackend

ABŞ-da Çin əsilli Nyu-Yorkdan olan Amerika vətəndaşı alim Çinin xeyrinə casusluqda təqsirli bilinib.

Bu barədə TASS ABŞ Ədliyyə Nazirliyinə istinadən yazır.

Amerika hakimiyyəti iddia edir ki, o, uzun illər müxalifətçi adı altında gizlənərək Pekinin əleyhdarları haqqında məlumat toplayıb.

Çindəki hazırkı kommunist rejiminə qarşı çıxan Nyu-Yorkun Queens şəhərində demokratiya tərəfdarı təşkilat yaradan 75 yaşlı vətəndaşlıq almış amerikalı və yazıçı Şujun Vanq hər dörd maddə üzrə mühakimə olunub.