ABŞ-da minlərlə uçuş ləğv edilibbackend

“İnterfaks” agentliyinin FlightAware məlumatlarına istinadən verdiyi məlumata görə, ABŞ-da minlərlə uçuş qar fırtınası səbəbindən ləğv edilib.

Nyu-Yorkun Con Kennedi, LaQuardia və Nyuark Liberti hava limanlarında təxminən 1500 uçuş ləğv edilib. Oxşar tədbirlər Boston, Filadelfiya və Vaşinqton hava limanlarında da görülüb. Daha 17000 uçuş təxirə salınıb.

Şiddətli hava şəraiti səbəbindən ABŞ-ın şimal-şərqində ictimai nəqliyyat dayandırılıb. Hakimiyyət orqanları səyahətləri qadağan edib və insanlardan yollardan uzaq durmağı xahiş edib.