ABŞ Konqresi borclanma səviyyələrini hökumətin gəlirləri və xərclərindəki dəyişikliklərlə əlaqələndirərək qanunla müəyyən edilmiş borc tavanını dərhal ləğv etməlidir.
RİA Novosti yazır ki, bu tələb Birləşmiş Ştatların Nəzarət və Büdcə İdarəsinin dərc olunmuş hesabatında yer alıb.
Sənəddə qeyd edildiyi kimi, Konqres təcili olaraq “borcla bağlı qərarları həmin qərarların qəbulu zamanı xərclər və gəlirlərlə bağlı qərarlarla daha yaxşı əlaqələndirən bir yanaşma qəbul etməklə” borc limitinin ləğvini nəzərdən keçirməlidir.
Noyabrın ikinci yarısında RİA Novosti Yaponiya və Çinin ABŞ dövlət istiqrazlarının əhəmiyyətli hissəsindən xilas olduğunu yazıb. Bu iki Asiya ölkəsi ABŞ dövlət borcunun dünyanın ən böyük xarici sahibləridir. İyul-sentyabrın sonunda yaponlar bu qiymətli kağızları rekord qiymətə – 61,9 milyard dollara satıblar.