ABŞ-da keçirilən seçkilərdə Donald Trampın qələbəsindən sonra amerikalı qadınlar arasında abort dərmanlarına tələbat xeyli artıb.
Bu barədə The Washington Post reproduktiv sağlamlıq sahəsində şirkətlərin məlumatlarına istinadən xəbər verir.
Amerikanın ən böyük abort həb tədarükçülərindən biri olan Aid Access-in məlumatına görə, şirkət Trampın qələbəsi elan edildikdən sonra 24 saat ərzində dərman üçün 10 min müraciət alıb. Bu, şirkətin adətən bir gündə aldığı 600 sorğudan təxminən 16 dəfə çoxdur.
Nəşr qeyd edir ki, ABŞ-da da uşaqlıqdaxili aparatlara və vazektomiyalara tələbat artıb.
Nəşr vurğulayır ki, qadınlar Trampın ABŞ-da prezidentliyinin başlaması ilə abort xidmətinə çıxışın məhdudlaşdırıla biləcəyindən qorxurlar.