Moldova Xarici İşlər Nazirliyi Gürcüstanın bu ölkədəki müvəqqəti işlər vəkili David Boçorişvilini çağırıb. Bu barədə respublika Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
Bəyanatda dəqiqləşdirilir ki, xarici diplomatın çağırılmasına səbəb Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidzenin Moldovada keçirilən prezident seçkilərinin nəticələrini yoxlamağa çağırması olub.
“Boçorişvili Moldova tərəfinin Gürcüstanın baş nazirinin Moldovanın Avropa İttifaqına inteqrasiya prosesi və ölkəmizdə keçirilən seçkilərlə bağlı ictimai çıxışında nə qədər təhrif və qeyri-ardıcıl danışmasından dərin narazılığını ifadə edib”, – XİN qeyd edib.