ABŞ-da qlobal istiləşmə səbəbindən körpünün uçması riski artır. Bu barədə “The New York Times” yazıb.
Məsələ burasındadır ki, bir çox Amerika körpüləri son illərin həddindən artıq istilərinə tab gətirmək üçün nəzərdə tutulmayıb. Qəzetin yazdığına görə, həddindən artıq istilər və iqlim dəyişikliyi ilə bağlı artan daşqınlar bütün ölkədə çökmələrə səbəb ola bilər. Məqalə müəllifləri bunun nəticəsində ölkə daxilində insanların və yüklərin təhlükəsiz hərəkətinə təhlükə artır.
Qəzetlə söhbətində ekspertlər qeyd ediblər ki, körpülərin köhnəlməsi artıq ABŞ-da malların qiymətinə və tədarük zəncirlərinə təsir edir.
Mənbə: A Haber