Monqolustan prezidenti Putinin BRİKS sammitinə dəvətini qəbul edibbackend

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux rusiyalı həmkarı Vladimir Putinin bu ilin oktyabrında Kazanda keçiriləcək “BRICS plus autreach” formatında görüşdə iştirak etmək dəvətini qəbul edib.

Bu barədə TASS yazır.

Söhbət zamanı Putin Xurelsuxu BRİKS toplantısında iştirak etmək üçün Kazana dəvət edib.

Bu arada Kazanda keçiriləcək BRİKS sammitinə dəvət olunmuş xarici liderlərin yarısı artıq iştirakını təsdiqləyib, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, dəvət olunmuş 36 dövlət başçısından 18-i artıq sammitdə iştiraka razılıq verib.