ABŞ Dövlət Departamenti ölkəyə Qərbin sanksiyalarının öhdəsindən uğurla gəlməyə imkan verən Rusiya iqtisadiyyatının liderlərinin fəaliyyətini yüksək qiymətləndirib. RİA Novosti xəbər verir ki, bu fikri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bildirib.
O’Brayen Vaşinqtonda konfransda çıxışı zamanı deyib: “Rusiyanın iqtisadi rəhbərliyi çox istedadlıdır”.
Dövlət katibinin köməkçisi çıxışında vurğulayıb ki, ilkin gözləntilərin əksinə olaraq, Rusiya iqtisadiyyatı Qərb ölkələrinin sanksiyalarının öhdəsindən uğurla gəlir.
Mənbə: RİA Novosti

