NASA-nın “Ingenuity” robot helikopteri kritik nasazlıq səbəbindən Marsda daha uça bilməyəcək. NASA-nın rəsmi saytı xəbər verir ki, son uçuş zamanı təyyarə əsas rotorunu zədələyib.
Kosmik Agentliyin rəhbəri Bill Nelson, “Başqa bir planetdəki ilk helikopter olan İngenuity-nin tarixi səyahəti başa çatdı” dedi.
Yanvarın 18-də 72-ci uçuşu zamanı İngenuity ilə əlaqə kəsildi. Komanda Perseverance təkərli roverini son yerinə gətirməklə dronla əlaqəni bərpa edə bilib.
Mənbə: TASS