ABŞ Federal Ehtiyat Sistemi əsas uçot dərəcəsini artırmağa davam etməyə hazırdır

RİA Novosti xəbər verir ki, ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauel əsas uçot dərəcəsinin artırılmasını davam etdirməyə və məhdudlaşdırıcı pul siyasətini saxlamağa hazır olduğunu açıqlayıb.

“Biz düşünürük ki, bir müddət məhdudlaşdırıcı pul siyasətini davam etdirməli olacağıq və uyğun hesab etdiyimiz təqdirdə daha da artımlara hazır olmalıyıq” dedi Pauell.

O, əlavə edib ki, 2023-cü ilin sonuna qədər FED uçot dərəcəsini azaltmağı qətiliklə planlaşdırmır.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər