Çikaqo Universitetinin alimləri müəyyən ediblər ki, Alzheimer xəstəliyinin inkişaf riski yüksək olan genetik variantın daşıyıcılarında qoxu itkisi yaddaş və təfəkkürün pozulmasının ilkin əlaməti ola bilər.
Tədqiqat Neurology jurnalında dərc olunub.
Tədqiqatda elm adamları 865-dən çox insanın qoxu hissini yoxlayıb, həm ümumi olaraq qoxunu aşkar etmək, həm də hansı qoxu hiss etdiyini müəyyən etmək qabiliyyətini yoxlayıblar. Testlər beş il fasilə ilə həyata keçirilib. İnsanların təfəkkür və yaddaş bacarıqları da beş il fasilə ilə iki dəfə yoxlanılıb. Tədqiqatın əvvəlində hər iki qrupda düşünmə və yaddaş bacarıqları eyni idi.
APOE e4 gen variantı Alzheimer xəstəliyi riskinin artması ilə əlaqələndirilir. Bu variantı olan iştirakçılar, geni olmayan həmyaşıdları ilə müqayisədə yaxşı qoxu hiss etmə ehtimalı 37% az idi. Genin daşıyıcıları 65-69 yaşlarında qoxuları daha pis ayırmağa başlayıblar.
Mənbə: haberler.com

