Fransanın müdaxilənin bir hissəsi olaraq Afrika ölkəsinə tez bir zamanda yerləşdirməyə hazır olan “minlərlə” əsgəri var.
Bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti mənbələrə istinadən yazır.
“Fransa minlərlə əsgərini evdə saxlayacaq və qısa müddətdə Afrika işlərinə müdaxilə etməyə hazır olacaq”, – nəşr yazır.
Qeyd olunur ki, Mali, Burkina-Faso və Niger hakimiyyətinin “fransız hərbçilərinə ölkəni tərk etməyi əmr etməsindən” sonra Fransa hazırda bölgədəki “hərbi mövqelərini” yenidən nəzərdən keçirir.
Paris artıq öz hərbi təlimçilərini Qabon, Seneqal, Fil Dişi Sahili və Çaddakı yerli hərbi bazalara köçürür, adını açıqlamayan fransız rəsmiləri bildiriblər. Fransanın Afrika ölkələrinin işlərində iştirakını davam etdirəcəyi, lakin Parisin regionun daxili proseslərindəki iştirakını “daha az nəzərə çarpan” etmək niyyətində olduğu vurğulanır.