Böyük Britaniya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün köhnəlmiş texnikaya üstünlük verir.
TASS xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kiyevə hərbi yardımının auditindən sonra Milli Audit İdarəsinin hesabatında deyilir.
Bu üsul Britaniyaya istifadəsiz avadanlıqların utilizasiyası xərclərini azaltmağa imkan verdi. Məsələn, 2022-ci ilin martında London Ukrayna Silahlı Qüvvələrinə atılacaq 17 min cüt hərbi ayaqqabını pulsuz verib.
Britaniya hərbi idarəsinin məlumatına görə, təhvil verilən əmlak Ukrayna Silahlı Qüvvələri üçün hərbi dəyərə malik olub.
Ukraynada münaqişə başlayandan bəri Böyük Britaniya Kiyevə 10,2 milyard dollar hərbi yardım göndərib, auditorlar yekunlaşdırıblar.