ABŞ hərbçiləri Kabil aeroportuna daxil olmağa çalışan insanlara atəş açıbbackend

ABŞ hərbçiləri Kabildə yerləşən hava limanı ərazisinə daxil olmaq istəyən izdihama atəş açıb.

Bu barədə Pro TV televiziya kanalı məlumat yayıb.

Mənbə qeyd edir ki, hərbçilərin açdığı atəş nəticəsində bir neçə Əfqanıstan vətəndaşı həlak olub, yaralılar var. Lakin ölən və xəsarət alanların dəqiq sayı barədə məlumat verilmir.

Məlumatın doğruluğunu hadisə yerindən çəkilmiş kadrlar da təsdiq edir.

Daha əvvəl isə Kabil Beynəlxalq Hava Limanının rəhbərliyi vətəndaşlara müraciət edib.

Müraciətdə vətəndaşlara icazəsiz hava limanı ərazisinə daxil olmağın qəti qadağan edildiyi bildirilib.