Azərbaycanda vəzifəli şəxs vəfat etdibackend

Azərbaycanda vəzifəli şəxs 58 yaşında dünyasını dəyişib.

Oxu.Az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialının müdiri Ağavaleh Ağayev ürəktutmasından vəfat edib.

Qeyd edək ki, A.Ağayev bundan əvvəl uzun illər Dövlət Gömrük Komitəsinin strukturunda fəaliyyət göstərib. O, ehtiyatda olan gömrük xidməti polkovniki idi.