Ölkədən qaçmaq üçün təyyarənin təkərlərində gizlənmiş əfqanlar göydən yerə çaxıldılarbackend

Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən hava limanından göyə qalxan təyyarənin təkərlərində və yük yerində gizlənmiş şəxslər göydən yerə çaxıldılar.

“Life Shot” “Telegram” kanalının məlumatına görə, dramatik hadisə ətrafda olan şəxslər tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.

Hadisə şahidləri bildirir ki, hərəkətdə olan təyyarədən yıxılan şəxslərin cəsədləri yaşayış binalarının üzərinə düşüb.