ABŞ Hərbi Hava Qüvvələri nüvə ballistik raketlərini qorumaq üçün MH-139A Grey Wolf alıb

ABŞ Hərbi Hava Qüvvələri Boeing-ə yerdən buraxılan nüvə ballistik raketlərini mühafizə edən Bell UH-1N Huey çoxməqsədli helikopter parkını əvəz etmək üçün ilk 13 MH-139A Grey Wolf helikopterinin istehsalı üçün 285 milyon dollarlıq müqavilə imzalayıb.

Bu barədə “New Atlas” məlumat yayıb.

Qeyd edilir ki, Boz Qurd 2012-ci ildə Rusiyada HeliVert müəssisəsində yığılmış Boeing/AgustaWestland AW139 mülki kommersiya helikopterinin bazasındadır.

Nəşr qeyd edir ki, “Boeing hazırkı komponentlərdən və sübut edilmiş dizayndan istifadə edərək, helikopterin saxlanması ilə bağlı istehsal və istismar xərclərinin Hərbi Hava Qüvvələrinə donanmanın ömrü boyu 1 milyard dollar qənaət edəcəyini gözləyir”.

Mənbə: Haberler.com

İctimai.az

Oxşar xəbərlər