Yaponiya G7 sammiti zamanı Xirosima üzərində uçuşa qadağa zonası tətbiq etdiyini açıqlayıbbackend

Yaponiyanın İctimai Torpaqlar, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi mayın 18-dən 22-dək G7 sammiti zamanı Xirosima üzərində uçuşa qadağa zonasının tətbiq ediləcəyini açıqlayıb.

Bu barədə TASS xəbər verir.

Nazirlikdən verilən məlumata görə, uçuşa qadağa zonası G7 liderlərinin görüş yeri olacaq Grand Prince Hoteldən radiusda təxminən 46 km məsafəni əhatə edəcək.

Bundan əvvəl maliyyə nazirinin terrorizmin maliyyələşdirilməsi və maliyyə cinayətləri ilə mübarizə üzrə köməkçisi Elizabet Rozenberq bildirib ki, G7-yə üzv ölkələr mart ayında Rusiya neftinin qiymət tavanına yenidən baxacaqlar.

Mənbə: TASS

İctimai.az