İsrail, çox güman ki, yəhudilərin Pasxa bayramından əvvəl İrana qarşı qisas almayacaq. Bu barədə Amerikanın ABC telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Telekanalın həmsöhbətinin sözlərinə görə, aprelin 22-də axşamdan başlayaraq aprelin 30-dək davam edəcək bayramdan əvvəl İsrail tərəfinin hər hansı aktiv addım atacağı ehtimalı yoxdur. Rəsmi eyni zamanda vəziyyətin hər an dəyişə biləcəyini vurğulayıb.
ABC-nin həmsöhbəti qeyd edib ki, İran liderləri yüksək hazırlıq vəziyyətindədirlər, bəziləri sığınacaqlarda və yeraltı obyektlərdədir.
Mənbə: ABC