Amsterdam şəhərinin qərarına əsasən, turistlərin işğalına qarşı mübarizə çərçivəsində yeni otel tikintisi artıq təsdiqlənməyəcək. Bu barədə RİA Novosti administrasiyanın saytına istinadən yazır.
“Amsterdam yeni otellərə yox deyir. Məqsədimiz şəhəri sakinlərin və qonaqların həyatı üçün rahat etmək və qorumaqdır. Bura daxildir: həddindən artıq turizmin dayandırılması, yeni mehmanxanaların qadağan edilməsi və turistlərin otellərdə gecələmələrinin sayının ildə 20 milyona qədər məhdudlaşdırılması”, – səlahiyyətlilər bildirib.
Amsterdamda yeni otellərin tikintisinə icazə yalnız mövcud mehmanxanalardan birinin bağlanması, eləcə də yeni otelin daha müasir və ya ekoloji cəhətdən təmiz olması şərti ilə veriləcək.
Mənbə: RİA Novosti