ABŞ Hindistanın Ukrayna münaqişəsinin sona çatmasında vasitəçi olmaq istəmədiyini bildiribbackend

Hindistan Ukrayna və Rusiya prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında mesajların ötürülməsinə razılıq verib.

Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Hindistanın baş naziri Narendra Modi Vaşinqton və Moskva ilə münasibətləri tarazlaşdırmaq məqsədilə avqustun 23-də Kiyevə səfər etməyi planlaşdırır, lakin agentlik mənbələrinə görə, o, Ukrayna münaqişəsinin həllində vasitəçilik imkanını istisna edib. Hindistanın baş naziri “təhlükəsizlik məsələləri” səbəbindən Kiyevdə yalnız bir neçə saat qalacaq.

Modinin münaqişəyə son qoymaq üçün vasitəçilik etmək istəməməsi qismən Hindistanın ucuz neft və silahlara görə Rusiyadan asılılığı ilə izah olunur. Bundan əlavə, Yeni Dehli Moskvanı hərbi əməliyyata başlamasına və Rusiya neftinin alışını rekord səviyyəyə çatdırdığına görə tənqid etməkdən çəkinir, məqalədə deyilir.