ABŞ Husilərin İHA-larını məhv edirbackend

ABŞ qüvvələri Husi üsyançılarına məxsus pilotsuz uçuş aparatını (PUA) Ədən körfəzi üzərindəki hava məkanında məhv edib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

“2024-cü il mayın 12-də yerli vaxtla saat 3:30 radələrində Sənada (Moskva vaxtına uyğun) Ədən körfəzi üzərindəki hava məkanında CENTCOM qüvvələri husilərin Yəməndə nəzarət etdikləri ərazilərdən atdığı pilotsuz uçuş aparatını məhv edib. Xəsarət alan olmayıb”, – məlumatda deyilir.

CENTCOM-un məlumatına görə, İHA ABŞ-ın hərbi gəmiləri, onların müttəfiqləri və ticarət gəmiləri üçün birbaşa təhlükə yaradıb.

Mənbə: TASS