Sunak qarşıdakı 5 ilin ölkə tarixinin ən təhlükəli illərindən biri olacağı fikrini bildiribbackend

Böyük Britaniyanın baş naziri Rişi Sunakın sözlərinə görə, qarşıdakı beş il ölkə tarixində ən təhlükəli illərdən biri olacaq. Bu barədə “The Times” qəzeti hökumət başçısının mayın 13-də Londonun “Policy Exchange” analitik mərkəzində planlaşdırılan çıxışına istinadən yazır.

Sunak yaxın beş ildə son 30 ildəkindən daha çox dəyişiklik olacağına inanır. Hökumət başçısı əmindir ki, qarşıdakı illər Britaniya tarixində ən təhlükəli və eyni zamanda transformasiya illərindən biri olacaq. Baş nazirin sözlərinə görə, İran, Çin, Şimali Koreya və Rusiyanın daxil olduğu “avtoritar dövlətlər oxu” Qərb ölkələri üçün problem yaradır.

Hökumət başçısı qeyd edib ki, Böyük Britaniya yol ayrıcındadır, çünki yaxın bir neçə il ərzində Britaniya həyatının demək olar ki, bütün aspektləri, demokratiyadan iqtisadiyyata, cəmiyyətdən müharibə və sülh məsələlərinə qədər mühüm dəyişikliklərə məruz qalacaq.

Mənbə: Gazeta.Ru