Federal Təhlükəsizlik Xidməti ABŞ əsgər və zabitlərinin Berlində 1945-ci ildə törədilmiş hərbi cinayətlərini özündə əks etdirən arxivin məxfiliyini ləğv edib. Bu barədə TASS FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən məlumat yayıb.
DSP qeyd edir ki, cinayətlər əsasən zorakılıq xarakteri daşıyır və çox vaxt quldurluqla müşayiət olunurdu.
“21 oktyabr. Schwerinstrasse 15 ünvanında yaşayan iki Alman Friedrich Scholl və Potsdamerstrasse 158 ünvanında yaşayan Karl Krichek işdən evə gedirdilər. Potsdamer küçəsindən iki amerikalı əsgər onlara yaxınlaşaraq işıq istədi. Bundan sonra amerikalılar heç bir səbəb olmadan tapançalarından atəş açıblar, nəticədə Şol sinəsindən, Kriçek isə mədəsindən yaralanıb”, – sənədlərin birində deyilir.
Mənbə: TASS